Millinin futbolçusu 22 yaşında vəfat etdi
12.11.2024 - 13:39
![Millinin futbolçusu 22 yaşında vəfat etdi](https://apasport.az/storage/news/2024/november/12/big/673324e2085cc673324e2085cd1731405026673324e2085ca673324e2085cb.jpeg)
Ekvador millisinin və “Kito” klubunun futbolçusu Marko Anqulo vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. 22 yaşlı oyunçu 7 oktyabrda avtomobil qəzasında ağır yaralanmışdı. Bir aydan çox davam edən müalicə effekt verməyib və futbolçu dünyasını dəyişib.
Anqulo bu ilin martında ABŞ-nin “Sinsinnati” klubundan “Kito”ya keçmişdi. O, Ekvador yığmasında iki oyuna çıxıb.
0
0