Millinin üzvü Almaniyada qətlə yetirilib
12.02.2024 - 13:14
17 yaşlı ukraynalı basketbolçu Vladimir Yermakov Almaniyanın Düsseldorf şəhərində qətlə yetirilib.
Apasport.az xəbər verir ki, bu barədə Kiyev Basketbol Federasiyası məlumat yayıb. Yeniyetmə idmançı naməlum şəxslər tərəfindən öldürülüb.
İlkin məlumata görə, basketbolçu ukraynalı olduğu üçün qətlə yetirilib.
Federasiyadan verilən məlumata görə, qətlə yetirilən Vladimir Yermakov uşaq komandalarında çıxış edib. O, Ukraynanın gənclərdən ibarət (U-16) komandasının tərkibində 2022-ci ildə Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizə aparıb.
- Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib
- “Mançester Siti”dən rekord
- Azərbaycanlı məşqçi İndoneziya millisini çalışdıra bilər - FOTO
- Avropa birinciliyində 22 medal qazanan yığmamız komanda hesabında ikinci olub, yeni rekordlar vurub
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
0
0