Modriç Karvaxalı ötdü
15.08.2024 - 09:30
![Modriç Karvaxalı ötdü](https://apasport.az/storage/news/2024/august/15/big/66bd932188bcd66bd932188bce172370000166bd932188bcb66bd932188bcc.jpg)
“Real” UEFA Super Kubokunun qalibi olub.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi İtaliyanın “Atalanta” komandasına qalib gəlib – 2:0.
Bu, “Real”ın futbolçusu Luka Modriçin klubdakı 37-ci titulu olub. Xorvatiyalı yarımmüdafiəçi “kral klubu”nda ən çox kubok qazanan oyunçu olub.
O, bu göstəricidə cinah müdafiəçisi Dani Karvaxalı üstələyib (36).
0
0