Modriç karyerasını Türkiyədə davam etdirə bilər
14.04.2024 - 10:26
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, gələn mövsüm Super Liqada çıxış edəcək "Eyüpspor" xorvatiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
İndi komanda Türkiyənin birinci divizionunda liderlik edir.
Xatırladaq ki, Modriçlə "Real Madrid" arasında mövcud müqavilə 2024-cü ilin iyun ayının sonunda başa çatır. Yarımmüdafiəçi 2012-ci ilin avqustundan "kral" klubunda çıxış edir. Onun transfer qiyməti 8 milyon avro olaraq qiymətləndirilir.
- Güləşçilərin Azərbaycan çempionatı yekunlaşıb
- Domeniko Tedesko: "Müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırdıq..."
- "Turan Tovuz” səfərdən 3 xalla dönür - YENİLƏNİB
- Şahruddinin komandasında yeni baş məşqçi - Rəsmi
- Qurban Qurbanov: "Zirə"nin büdcəsinə görə bəlkə də Rəşad Sadıqov bizə qalib gəldi"
0
0