Harri Keyn İngiltərə tarixinə düşdü
11.07.2024 - 09:15

Dünən Avropa Çempionatının ikinci yarımfinal mərhələsi çərçivəsində keçirilən Niderland – İngiltərə oyununda penaltidən fərqlənən Harri Keyn milli komandada rekord yeniləyib.
Apasport.az xəbər verir ki, hücumçu fərqlənməklə İngiltərə yığmasının Avropa Çempionatları tarixində ən çox qol vuran iki futbolçusundan biri olub.
Keyn hazırda Alan Şirerlə birlikdə siyahının zirvəsində yer alıb. Onların hər ikisinin aktivində 7 qol var.
Xatırladaq ki, dünənki matçda 18-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini yerinə yetirən Harri komandasının bərabərlik qoluna imza atıb.
- “Real” gənc müdafiəçisi ilə müqavilə yeniləyəcək
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
- Ayxan Abbasov: "Futbolçu göndərmək asandır, gətirmək isə çətin"
- Levandovskidən şok qərar: Millidən imtina etdi
- Sorentin Tolisso: "Lion"un Orta Xəttinin Dirəyi
0
0