"Monako" polşalı qolkiperlə müqavilə yeniləyib
21.05.2024 - 11:17
!["Monako" polşalı qolkiperlə müqavilə yeniləyib](https://apasport.az/storage/news/2024/may/21/big/664c4a87f061f664c4a87f06201716275847664c4a87f061d664c4a87f061e.jpg)
"Monako"nun polşalı qapıçısı Radoslav Majeçki Fransa çempionatının cari mövsümünün gümüş mükafatçısı ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, qapıçının klubla müqaviləsi 2028-ci ilin ortalarına qədər uzadılıb.
Majeçki 2020-ci ilin qışından "Monako"da çıxış edir.
Cari mövsümdə polyak futbolçu bütün turnirlərdə 15 oyun keçirib, 14 qol buraxıb. 7 görüşdə isə qapısını toxunulmaz saxlamağı bacarıb.
0
0