“Monako”nun müdafiəçisi “Mançester Yunayted”in hədəfində
27.04.2023 - 17:31
![“Monako”nun müdafiəçisi “Mançester Yunayted”in hədəfində](https://apasport.az/storage/news/2023/april/27/big/644a71a8d7c48644a71a8d7c491682600360644a71a8d7c46644a71a8d7c47.jpg)
“Mançester Yunayted” yay transfer pəncərəsində müdafiəçi almağa qərar verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Vandersona elçi düşüb.
Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçu üçün “Monako”ya təklif göndərəcək. 2022-ci ilin yanvarından “Knyazlıq klubu”nda çıxış edən braziliyalı mövsümün 34 matçında 1 qol vurub və Avropanın aparıcı klublarının da maraq dairəsinə düşüb.
Qeyd edək ki, Vandersonun transfer qiyməti 18 milyon avro ilə dəyərləndirilir.
0
0