Hollandiyalı veteran futbolçu Patrik Klyuvert “Adana Dəmirspor”a başçılıq edəcək.
Apasport.az saytı xəbər verir ki, 47 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
İtaliyalı Vincenzo Montelladan boşalan vəzifəyə Klyuvert gətirilib. O, ilk dəfə klubda fəaliyyət göstərəcək. Buna kimi Patrik iki il Kurasao yığmasına rəhbərlik edib. Futbolçu kimi zəngin karyerası olan mütəxəssis “Ayaks”, “Milan”, “Barselona”, “Nyukasl”, PSV və “Lill” kimi klublarda çıxış edib.
Qeyd edək ki, “Adana Dəmirspor” Türkiyə Superliqasının son mövsümündə 4-cü yeri tutub və Konfrans Liqasında yarışacaq.
- "Aston Villa"nın gözü "Yuventus"un hücumçusunda
- Avropa nəhəngləri “Siti”nin vunderkidi ilə maraqlanır
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- II Liqa: “Şəfa” rəqibinə güzəştə getmədi - 10:0
- Murad Musayevin gedişi ilə bağlı: "Sanki Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib"