Montellanın Türkiyə millisindəki maaşı bilindi
25.09.2023 - 15:12
Montellanın Türkiyə millisindəki maaşı bilindi

Vinçenzo Montellanın Türkiyə millisindəki maaşı bəlli olub.

Apasport.az saytı xəbər verir ki, italiyalı baş məşqçi illik 1 milyon 800 min avro məvacib alacaq.

49 yaşlı mütəxəssis qarşıdakı 3 ili “ay-ulduzlu” yığmanın sükanı arxasında keçirəcək. Sentyabrın 27-də Türkiyə Futbol Federasiyasının binasında yeni məşqçinin təqdimatı olacaq.

Qeyd edək ki, qardaş ölkənin milli komandası ilə yolları ayıran Ştefan Kuntza isə təzminat olaraq 450 min avro ödəniləcək.