Mourinyo "Real"ın futbolçusunu istəyir
05.09.2024 - 17:17
“Real”ın müdafiəçisi Lukas Vaskes cari mövsümün sonunda İspaniya çempionatını Türkiyə Super Liqasına dəyişə bilər.
Apasport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 33 yaşlı ispaniyalı futbolçunun xidmətində “Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo şəxsən maraqlıdır.
Türkiyə klubu Vaskesi gələn yay, onun “Real”la müqaviləsi başa çatanda transfer edə bilər.
Vaskes 2015-ci ilin yayından “kral klubu”nda çıxış edir. O, İspaniya çempionatının cari mövsümündə 2 oyun keçirib.
- Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
- “Qalatasaray” Türkiyə ÇEMPİONU OLDU
- Avropa çempionu olan millimiz böyük coşqu ilə qarşılandı - FOTOLENT - VİDEO
- Ruzanna Məmmədova : "17 yaşda fəxri kürsüyə qalxmaq mənim üçün böyük uğurdur”
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
0
0