İtaliya A seriyasının XIV turunda “Sassuolo” ilə keçirilən oyun “Roma”nın baş məşqçisi Joze Mourinyonu qəzəbləndirib.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan matçın ardından sərt açıqlama ilə diqqət çəkib.
Çalışdırıcı adını çəkmədiyi bir futbolçusunu ittiham edib: “Sassuolo”ya qarşı bir futbolçum həvəskar kimi davranaraq, meydanda komandaya xəyanət etdi. Qarşılaşmada iştirak edən 16 oyunçudan 15-dən razı qaldım. Narazı olduğum həmin bir nəfərin adını açıqlamayacağam. Paltardəyişmə otağında ona lazım olan sözləri dedim. Yanvarda özünə klub tapıb gedəcək”.
İtaliya mətbuatının iddiasına görə, həmin şəxs 65-ci dəqiqədə Zeki Çeliki əvəzləyən Rik Karsdropdur.
Qeyd edək ki, “Roma” hazırda A seriyasında 26 xalla 6-cı pillədə qərarlaşıb.
- Slavko Georgiyevski: "Neftçi" belə duruma necə düşə bilər?" - Müsahibə
- Avrokubok tarixinin ən qolçu AFRİKALILARI
- Toral Bayramov: "Əsas istəyimiz Çempionlar Liqasında qruplara qalmaqdır" - Açıqlama
- Avropa birinciliyində rekord vuran milli komandamız Bakıya qayıtdı - FOTOLENT
- Elmar Məmmədyarov: “AFFA işğaldan azad olan ərazilərdə iki komanda yaradır”