Musaba rəsmən “Fənərbaxça”da
03.01.2026 - 22:13
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Samsunspor”un futbolçusu Entoni Musabanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “sarı-lacivərdlilər” 25 yaşlı vingerlə 4,5 illik müqavilə imzalayıb. “Fənərbaxça” bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyib.
Qeyd edək ki, Musaba bu mövsüm “Samsunspor”un heyətində çıxdığı 22 rəsmi oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
- III MDB Oyunlarının medal sıralaması: Belarus ikinci pilləyə yüksəlib
- İslandiya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb
- Anatoli Nuriyev də getdi: ”Zirə”də növbəti vida
- “Siti”dən inamlı qələbə, “Çelsi” və “Arsenal” yenə xal itirib
- Müxtəlif şəhər və rayonların güləş zallarına baxış keçirilib
0
0