Musiala əməliyyat olundu: "BAVARİYA" AÇIQLADI
06.07.2026 - 19:21
Musiala əməliyyat olundu: "BAVARİYA" AÇIQLADI

“Bavariya”nın və Almaniya millisinin futbolçusu Camal Musiala əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçinin sol ayağındakı metal lövhə çıxarılıb.

Həmin lövhə daha əvvəl Klublararası dünya çempionatında aldığı ağır zədədən sonra sümüyün fiksasiyası üçün yerləşdirilmişdi.

“Bavariya” əməliyyatın kiçik prosedur olduğunu açıqlayıb. Klubun məlumatına görə, bu müdaxilə Musialanın mövsümöncəsi hazırlığı dəqiq qrafik üzrə keçməsinə və rəsmi oyunlara tam hazır vəziyyətdə çatmasına imkan verəcək.

Qeyd edək ki, Musiala dünya çempionatında yığmanın keçirdiyi 4 oyunun hamısında meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.