Musleranın transferi rəsmiləşdi
24.06.2025 - 18:21
Argentina təmsilçisi "Estudiantes" Türkiyənin "Qalatasaray" komandasından ayrılan qapıçı Fernando Musleranı transfer etdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə cənubi amerikalıların mətbuat xidməti məlumat yayıb.
39 yaşlı qolkiper 2025/2026 mövsümündə "Estudiantes"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Muslera 2011-ci ildən 2025-ci ilə qədər "Qalatasaray"da çıxış edib. O, 14 mövsüm ərzində ümumilikdə 550 matçda forma geyinib. Muslera "sarı-qırmızılar"la 8 dəfə Superliqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə Superkubokun qalibi olub.
- Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyinin qalibləri bəlli olub
- İki komandaya texniki məğlubiyyət verilib
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab matçlarının proqramı
- Nurlan Novruzov: "Bundan sonra Azərbaycana qayıtmaram" - MÜSAHİBƏ
- Lunyovun “Molde” ilə matçda oynayıb-oynamayacağı dəqiqləşdi
0
0