“Napoli” Xviçanın klubda qalmasını istəyir
17.09.2024 - 17:54

“Napoli” futbolçusu Xviça Kvaratsxeliyanın müqaviləsini uzatmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə klubun idman direktoru Covanni Manna “Sky Sports”a açıqlamasında deyib.
O, 23 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirmək istədiklərini deyib:
“Xviçanın hələ müqaviləsi davam edir. Onunla maraqlanan klublar var, ancaq biz əməkdaşlığı davam etdirmək istəyirik. Artıq bu yöndə işlər başlayıb”.
Xviça bu mövsüm 5 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsi 2027-ci ilin yayına kimidir.
- Elvin Cəfərquliyev üçün İtaliyadan 3 müştəri - KLUBLARIN ADLARI BƏLLİDİR
- "Barselona" "Mançester Yunayted"in hücumçusunu almaq istəyir
- Təmsilçimiz Avropa birinciliyində 3 medal qazanıb
- Konte ən yaxşı adına layiq görüldü
- "Napoli" prezidenti ərəblərə söz atdı: 200 milyona Osimhenin 1 ayağını ala bilərsiz
0
0