“Napoli”də Spallettini Rudi Qarsiya əvəz edəcək
16.06.2023 - 00:16
![“Napoli”də Spallettini Rudi Qarsiya əvəz edəcək](https://apasport.az/storage/news/2023/june/16/big/648b720677c2b648b720677c2c1686860294648b720677c29648b720677c2a.jpg)
İtaliya çempionu “Napoli” yeni baş məşqçinin adını açıqlayıb.
Apasport.az-ın məlumatına görə, komandaya fransalı mütəxəssis Rudi Qarsiya başçılıq edəcək.
Rudi Qarsiyanın son iş yeri Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubu olmuşdu. 59 yaşlı məşqçi əvvəllər İtaliyada fəaliyyət göstərib. O, 2013-2016-cı illərdə “Roma”ya rəhbərlik edib. Qarsiya ən böyük uğurunu isə “Lion”da qazanıb. Onun başçılıq etdiyi komanda 2011-ci ildə Fransa çempionu və kuboku titullarını başı üzərinə qaldırıb.
Qeyd edək ki, Luçano Spalletti “Napoli”yə çempion titulu qazandıqdan sonra istefa vermişdi.
0
0