“Napoli”dən Aleksə təklif
10.09.2022 - 17:22
![“Napoli”dən Aleksə təklif](https://apasport.az/storage/news/2022/september/10/big/631c7b41137c5631c7b41137c61662810945631c7b41137c0631c7b41137c3.jpg)
“Napoli” qapıçısı Aleks Mereti heyətində saxlamaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu qolkiperlə müqaviləni uzatmağa qərar verib.
Neapollular bununla bağlı danışıqlara da başlayıb. Klub rəhbərliyi əlcək sahibini 2027-ci ilədək heyətində saxlamağı planlaşdırır.
Qeyd edək ki, Meretin indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq.
0
0