Neymar çəkindiyi müdafiəçini açıqladı
10.09.2022 - 15:25
![Neymar çəkindiyi müdafiəçini açıqladı](https://apasport.az/storage/news/2022/september/10/big/631c6dfc4edab631c6dfc4edac1662807548631c6dfc4eda8631c6dfc4eda9.jpg)
Braziliya millisinin və PSJ-nin futbolçusu Neymarın ən çox çəkindiyi müdafiəçi bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu cənubi amerikalı hücumçunun özü açıqlayıb.
O, qarşılaşdığı ən yaxşı rəqib müdafiəçinin özəlliklərini də qeyd edib: “Uoker! Çünki o, sürətlidir, güclüdür və ağıllıdır”.
Qeyd edək ki, 32 yaşlı Kayl Uoker “Mançester Siti”nin formasını geymir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
0
0