Norveç VAR-dan imtina edə bilər
23.01.2025 - 19:37
![Norveç VAR-dan imtina edə bilər](https://apasport.az/storage/news/2025/january/23/big/6792602958ce46792602958ce517376461216792602958cd96792602958ce3.png)
Norveç çempionatlarında VAR-dan imtina oluna bilər.
Apasport.az xəbər verir ki, 1-ci və 2-ci liqaların 32 klubndan 19-u bunun tərəfdarıdır.
Sorğu 4 ay ərzində komandalar, futbolçular və azarkeşlər arasında aparılıb.
Norveç Futbol Federasiyası qərarın klubların istəyinə uyğun veriləcəyini açıqlayıb. Yekun qərarın martda çıxarılacağı gözlənilir.
Qeyd edək ki, VAR-a qarşı etirazlar üzündən "Rozenborq" - "Lilestrem" matçı yarımçıq dayandırılıb. Azarkeşlərın meydana müxtəlif əşyalar atması oyunun 4 dəfə saxlanılması ilə diqqəti çəkib.
0
0