Növbəti cüt müəyyənləşdi - Fil Dişi Sahili Norveçlə üz-üzə gələcək
27.06.2026 - 02:19
Növbəti cüt müəyyənləşdi - Fil Dişi Sahili Norveçlə üz-üzə gələcək

DÇ-2026-da 1/16 final mərhələsinin daha bir cütü müəyyənləşib.

Apasport.az xəbər verir ki, Fil Dişi Sahili pley-offun ilk mərhələsində Norveç millisi ilə qarşılaşacaq.

Afrika təmsilçisi E qrupunu Almaniyadan sonra ikinci pillədə başa vuraraq 6 xalla 1/16 finala yüksəlib. Norveç isə I qrupunu 6 xalla ikinci sırada tamamlayaraq pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, Fil Dişi Sahili - Norveç qarşılaşması iyunun 30-da keçiriləcək.