Omar Marmuş "Mançester Siti"də - RƏSMİ
23.01.2025 - 13:16
![Omar Marmuş "Mançester Siti"də - RƏSMİ](https://apasport.az/storage/news/2025/january/23/big/679208a971c3c679208a971c3d1737623721679208a971c3a679208a971c3b.webp)
"Mançester Siti" heyətini daha bir futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "şəhərlilər" "Ayntraxt"dan Omar Marmuşu transfer edib.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Tərəflər arasında 4 il 6 aylıq müqavilə imzalanıb.
Hücumçu 2029-cu ilin yayına qədər Premyer Liqa təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, misirli forvard bunadək "Ayntraxt", "Volfsburq" və "Ştuttqart" kimi komandalarda çıxış edib.
0
0