Papenin rekordu təkrarlandı
24.01.2023 - 12:04
Kilian Mbappe Fransa kubokunun ən yaxşı bombardiri adına şərik olub.
Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusu turnirdə keçirdiyi 25 matçda 29 qol vurub.
O, indiki klubu və “Monako”da buna nail olub. Mbappe turnirin tarixində ən çox qol vuran Jan-Pyer Papenə çatıb. Fransa yığmasının sabiq hücumçusu “Marsel” və “Bordo”nun heyətində fərqlənib. İlk “üçlüy”ü 28 qol vuran Pedro Pauleta qapayır.
Qeyd edək ki, Mbappe 1/16 finalın “Pay de Kassel”lə görüşündə (7:0) beş qol vurub.
- Xulian Alvares: "Qvardiola mənə dedi ki, Argentina çox yaxşı komandadır"
- “Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə çağırılıb
- Kenan Yıldız “Yuventus”da qalacaq? - danışıqlar davam edir
- Cüdoçularımız Odivelas Qran Pri turnirində iştirak edəcək
- Dünya çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub
0
0