“Parma” baş məşqçisi ilə vidalaşdı
18.05.2022 - 15:13
İtaliya çempionatında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Parma” klubu baş məşqçisi Cüzeppe Yakini ilə yollarını ayırıb.
58 yaşlı mütəxəssislə 2023-cü ilin yayınadək olan müqaviləyə vaxtından əvvəl xitam verilib. Buna heyətində Canluici Buffonun şərəfini qoruduğu komandanın B seriyasında 12-ci yeri tutması səbəb olub.
Qeyd edək ki, “Parma”nın baş məşqçi postuna Fabio Kannavaronun gətiriləcəyi gözlənilir.
- Rəşad Əzizli: “Milliyə dəvət edilməsəm də, heç vaxt həvəsdən düşməmişəm” – Müsahibə
- Taekvondo üzrə ölkə birinciliyinin qalibləri bəlli olub - FOTO
- Azərbaycan Kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- Yığmamız “Montenegro Cup”da 17 medal qazanıb
- Diakabi: "Azarkeşlərin dəstəyini hiss etdim" – MÜSAHİBƏ
0
0