Platini VAR-a “yox” deyir
08.05.2023 - 21:19
“VAR futboldakı problemin yerini dəyişib. İndi hər toxunuş fola çevrilib”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın sabiq prezidenti Mişel Platini deyib.
Fransa millisinin sabiq futbolçusu VAR-dan istifadənin əleyhdarlarına qoşulub. O, bu yeniliyin mənfi tərəflərindən narazıdır: “Hakim epizodlarla bağlı qərarı monitorun ekranı arxasında deyil, meydanda verməlidir. Yeni texnologiyalardan yalnız qolun və ofsaydın müəyyənləşdirilməsini saxlayardım”.
Qeyd edək ki, Platini 2007-15-ci illərdə UEFA-ya rəhbərlik edib.
- Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli olub
- Siyasət Əsgərov: “Meydançanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq”
- Nazim Babayev: "Dəyişiklik etmək lazımdır"
- “Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
- Finalların uğursuzları - XXI əsrdə
0
0