Poqbanın karyerasını harada davam etdirəcəyi məlum olub
07.10.2024 - 10:16
![Poqbanın karyerasını harada davam etdirəcəyi məlum olub](https://apasport.az/storage/news/2024/october/07/big/67037688362dd67037688362de172828020067037688362db67037688362dc.jpg)
Pol Poqbanın "Yuventus"la əməkdaşlığı sona çatır.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçunun diskvalifikasiya müddəti 4 ildən 18 aya endirilsə də, "Yuventus" hələ də fransalı ilə əmək müqaviləsinə xitam verməyi planlaşdırır .
Səudiyyə Ərəbistanı çempionatı və MLS təmsilçiləri fransalı futbolçuya maraq göstərir.
Qeyd edək ki, dopinqə görə diskvalifikasiya olunan Pol Poqbanın cəzası 2025-ci ilin martında başa çatacaq.
0
0