"Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeş Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Liverpul" portuqaliyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "CaughtOffside" məlumat yayıb.
"Qırmızılar" artıq Fernandeşin meneceri ilə əlaqə saxlayıb. Klubu 21 yaşlı oyunçu üçün 60 milyon avro tələb edir.
"Mançester Siti" və "Arsenal" da gənc futbolçu ilə maraqlanır.
Qeyd edək ki, "Vest Hem" Mateuş Fernandeşi mövsümün əvvəlində "Sauthempton"dan 44 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Mançester Yunayted" Eriksenin yerinə futbolçu tapdı
- Birinci Liqa: “Mingəçevir”dən qələbə, Qəbələdə hesab açılmadı - YENİLƏNİB
- Cüdoçularımız dünya kata çempionatında iştirak edəcəklər
- Mourinyo federasiyaya meydan oxudu: "Fənərin haqqı yeyilərsə..."
- Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb