Premyer Liqa klubunda ayrılıq
07.07.2025 - 19:56
Premyer Liqa klubunda ayrılıq

İngiltərənin “Nyukasl” klubu hücumçusu Kallum Uilsonla yolları ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı ön xətt oyunçusu 2020-ci ildə “Bornmut”dan transfer olunub və son 5 mövsümü “Nyukasl”da keçirib.

Uilson ötən mövsüm 22 matçda meydana çıxıb və 1 qol vurub.