Premyer Liqa klubunda məşqçi ayrılığı
30.12.2025 - 19:20
Premyer Liqa klubunda məşqçi ayrılığı

“Liverpul”da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, köməkçi məşqçi Aaron Briqqs komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı ingilis Arne Slotun rəhbərlik etdiyi Mersisayd klubunda ötən ilin yayından işləyirdi.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq. Matç yanvarın 28-də Bakı vaxtilə saat 00:00-da start götürəcək.