Ronaldo "Əl-Nəsr"də qalacaq
26.06.2025 - 09:17

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə tezliklə yeni müqavilə imzalayacaq.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Mənbənin sözlərinə görə, tərəflər yeni razılaşmanın yekun detallarını müzakirə edirlər. Onlar arasında "1+1" illik razılaşmanın əldə ediləcəyi gözlənilir.
40 yaşlı ulduz 2023-cü ildən “Əl-Nəsr”də oynayır.
Portuqaliyalı 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibi olub.
0
0