Premyer Liqanı A Seriyasına dəyişə bilər
05.05.2025 - 17:14
İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Yunayted”in futbolçusu Rasmus Hoylund karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Yuventus” hücumçunun xidmətində maraqlıdır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, Turin klubu danimarkalı hücumçu üçün komandası ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, Hoylund bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qızıl top”u qazanan 5-ci fransalı: “Ronaldonun ayrılığı mənə motivasiya verdi”
- Vurğun Hüseynov: “Bizim üçün bütün oyunlar finala bərabərdir” - MÜSAHİBƏ
- "Trabzonspor" "Fənərbaxça"nın sabiq müdafiəçisi ilə maraqlanır
- Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatdı
- Super Liqada yeni baş məşqçi
0
0