Premyer Liqanı Super Liqaya dəyişə bilər
04.06.2025 - 22:28

"Tottenhem"in yarımmüdafiəçisi İvo Bissuma karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" malili yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sarı-lacivərdlilər" oyunçu üçün "Tottenhem"ə rəsmi təkliflə müraciət edib.
Klublar arasında danışıqlar davam edir.
Xatırladaq ki, "Tottenhem" 28 yaşlı futbolçunu 2022-ci ildə "Brayton"dan transfer edib.
Qeyd edək ki, Bissuma bu mövsüm London klubunun heyətində meydana çıxdığı 44 rəsmmi matçda 2 qolla yadda qalıb.
0
0