Premyer Liqanın ən sürətlisi açıqlandı
25.10.2022 - 11:28
![Premyer Liqanın ən sürətlisi açıqlandı](https://apasport.az/storage/news/2022/october/25/big/635790ee6248b635790ee6248c1666683118635790ee62486635790ee62489.webp)
İngiltərə Premyer Liqasında cari mövsümün ən sürətli futbolçuları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, araşdırmaya əsasən, “Liverpul”un hücumçusu Darvin Nunyes bu siyahıda hamını qabaqlayıb.
O, I turda “Fulhem”lə görüş zamanı (2:2) saatda 35,5 km sürətlə hərəkət edib. Uruqvaylı forvardı “Mançester Siti”dəki həmkarı Erlinq Haland izləyib. Norveçli XIII turda “Brayton”la (3:1) görüşdə 35,2 km-lik sürətlə ikinci pillədə yer alıb.
Qeyd edək ki, yay fasiləsində Darvin Nunyes 80 milyona “Liverpul”a, Erlinq Haland isə 60 milyon avroya “Mançester Siti”yə keçib.
0
0