Premyer Liqaya yüksələn ilk klub bəlli oldu
18.04.2026 - 12:32
İngiltərə Premyer Liqasına yüksələn ilk klub məlum olub.
Apasport.az xəbər verir ki, "Koventri Siti" Çempionşipdə mövsümün bitməsinə üç tur qalmış elitaya vəsiqəni təmin edib.
Frenk Lempardın rəhbərlik etdiyi kollektiv 43-cü turda səfərdə "Blekbörn"lə 1:1 hesablı heç-heçə edib.
"Səma maviləri" 3-cü pillədə qərarlaşan "Milluol"u 13 xal qabaqlayır.
"Koventri Siti" 25 il sonra İngiltərə Premyer Liqasına qayıdıb.
- "Atletiko" heyətini ispaniyalı yarımmüdafiəçi ilə gücləndirmək istəyir
- "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb
- "Səbail" təlim-məşq toplanışı çərçivəsindəki görüşlərini yekunlaşdırıb
- Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
- Musa Qurbanlı "Yurqarden"in iştirak ərizəsinə düşə bilmədi - Səbəb
0
0