PSJ-dən "Ayntraxt"a transfer olundu
26.04.2024 - 21:54
Frankfurt "Ayntraxt"ı PSJ-yə məxsus olan hücumçu Hüqo Ekitikeni 16,5 milyon avroya tam transfer edib.
Apasport.az xəbər verir ki, futbolçu ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. Paris klubu oyunçunu geri almaq opsiyasını özündə saxlayıb.
Ekitike 2024-cü ilin fevralında icarə əsasında Fransa klubunu almanlara dəyişib. O, Bundesliqa və Konfrans Liqasında 12 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 21 yaşlı fransalıya 15 milyon avro qiymət qoyub.
- Qəbələ Azərbaycan futbolu tarixində: 7-ci şəhər, 12-ci stadion... - STATİSTİKA
- "Ludoqorets"in baş məşqçisi: "Futbolçularım heç nədən qorxmurlar"
- “Araz-Naxçıvan”ın rəqibi yeni transferini açıqlayıb
- “Quba”nın baş məşqçisi: “Komandamız sonda sözünü dedi və qələbə qazandıq”
- İlkayın gəlişi De Yonqu ayrılmasına səbəb ola bilər
0
0