PSJ heyətinə iki hücumçu qatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Fransa klubu Rendal Kolo-Muani və Bredli Barkolanın transferi ilə bağlı razılıq əldə edib.
Hər iki forvard Paris klubunda oynamağa razıdır. Paytaxt təmsilçisi onların klubları ilə danışıqlara başlayıb. Rendal üçün “Ayntraxt”, Bredliyə görə “Lion”la ortaq məxrəcə gəlinməlidir.
20 yaşlı Barkola üçün 20 milyon avro ödəniləcəyi gözlənilir. Onun indiki klubu ilə anlaşması 2026-cı ilə qədərdir.
“Ayntraxt” müqaviləsi 2027-ci ildə bitəcək Kolo-Muanınin gedişi ilə barışıb. Almaniyalılar onun satışından 80 milyon avro qazanmaq istəyir.
- Ramal Hüseynov: “Şeydayev “Kocaelispor”da özünü gözəl hiss edəcək” - Müsahibə
- Azərbaycanın fiqurlu konkisürəni ilk dəfə Avropa çempionatında iştirak edəcək
- "Turan Tovuz" - "Neftçi" matçının biletləri satışa çıxarılıb
- Adrian Mutu: “Çətin periodu adlayacağıq” – MÜSAHİBƏ
- "Arsenal" Rahim Sterlinqi transfer edib