PSJ müdafiəçisini icarəyə verir
01.09.2023 - 13:13
PSJ-nin futbolçusu Xuan Bernatı heyətinə qatmaq istəyən klub müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Benfika”ya keçə bilər.
Portuqaliya klubu İspaniya millisinin üzvünü icarəyə götürməyi planlaşdırır. Parislilər bu keçidin əleyhinə deyil. Bernatın yaxın günlərdə yeni klubuna qoşulacağı gözlənilir.
Qeyd edək ki, müdafiəçi 2018-ci ildən Fransa klubunda forma geyinir. O, “Bavariya”dan PSJ-yə keçib.
- 335 milyon avroluq komanda AVRO-2024-dən kənarda
- Azərbaycanın qadın cüdoçularının uğursuz çıxışı davam edir
- UEFA İcraiyyə Komitəsinin üzvü: "Azərbaycan futbolu üçün investisiya yatıracağıq"
- Futzal üzrə Azərbaycan kubokunun püşkü atılacaq
- "Qarabağ"a məğlubiyyətin ağır nəticəsi: Baş məşqçi istefa verdi
0
0