PSJ-nin iki futbolçusu "Barselona" ilə oyun öncəsi məşqləri bərpa edib
08.04.2024 - 16:57
![PSJ-nin iki futbolçusu "Barselona" ilə oyun öncəsi məşqləri bərpa edib](https://apasport.az/storage/news/2024/april/08/big/6613e90c5dcf36613e90c5dcf417125808766613e90c5dcf16613e90c5dcf2.jpg)
PSJ-nin iki futbolçusu Çempionlar Liqasının 1/4 finalında sabah Parisdə keçiriləcək "Barselona" ilə oyun öncəsi məşqləri bərpa edib.
Apasport.az xəbər verir ki, “Barselona” ilə oyuna hazırlıq məqsədilə komandanın bugünkü məşqində hücumçu Bredli Barkola və yarımmüdafiəçi Uorren Zair-Emeri iştirak edib.
Eyni zamanda Paris klubu Nordi Mukielenin zədəli, Aşraf Hakiminin isə cəzalı olduğunu nəzərə alsaq, parislilər iki sağ cinah müdafiəçisisiz qalacaq.
Qeyd edək ki, PSJ - "Barselona" oyunu 10 apreldsə Bakı vaxtilə saat 23:00-da baş tutacaq.
0
0