![PSJ-nin yeni hədəfi: 100 milyon avro...](https://apasport.az/storage/news/2024/february/13/big/65cb1b5acbb1d65cb1b5acbb1e170780962665cb1b5acbb1b65cb1b5acbb1c.jpg)
"Nyukasl"ın braziliyalı yarımmüdafiəçisi Bruno Quimaraes PSJ-nin radarındadır.
Apasport.az "Caught Offside" nəşrinə istinadla xəbər verir ki, yarımmüdafiəçi Paris nəhəngi rəhbərliyinin yay üçün transfer siyahısına başçılıq edir.
Mənbə qeyd edir ki, ingilislər maliyyə feyr-pleyi ilə bağlı problemlərə görə cənubi amerikalını satmağı düşünür.
Futbolçunun transfer qiyməti 100 milyon avrodur.
Bruno 2 il əvvəl "Lion"dan "Nyukasl"a keçib. Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır. Bu mövsüm braziliyalı 34 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.