"Qalatasaray" çempionluğun bir addımlığında
13.05.2024 - 01:06
!["Qalatasaray" çempionluğun bir addımlığında](https://apasport.az/storage/news/2024/may/13/big/664141d3c895a664141d3c895b1715552723664141d3c8958664141d3c8959.jpeg)
Türkiyə Superliqasında 36-cı tur yekunlaşıb.
Apasport.az xəbər verir ki, liderlər turu qələbə ilə başa vurublar.
Lider “Qalatasaray” səfərdə çətinliklə 3 xal qazanıb. “Sarı qırmızılar” “Karagümrük”lə oyunun 90-cı dəqiqəsində həlledici qolu vurublar – 3:2.
“Fənərbaxça” isə “Kayserispor”un qapısından 3 cavabsız keçirib.
Bu nəticələrdən sonra “Qalatasaray” 99, “Fənərbaxça” isə 93 xal toplayıb. Çempion olmaq uçun son 2 turda Okan Burukun yetirmələrinə 1 xal kifayət edir.
0
0