“Qalatasaray” “Roma”nın qolkiperi ilə maraqlanır
06.07.2025 - 15:52
“Qalatasaray” “Roma”nın qolkiperi ilə maraqlanır

Fernando Musleranın gedişindən sonra yeni qapıçı axtarışında olan "Qalatasaray" istədiyi oyunçunu İtaliyada tapıb.

Apasport.az xəbər verir ki, Türkiyə çempionu "Roma"nın qapısını qoruyan serbiyalı Mile Svilar ilə maraqlanır.

İddialara görə, "sarı-qırmızılılar" 25 yaşlı futbolçuya illik 6 milyon avro məbləğində maaş təklif edib.

Amma "Roma"nın da klubla 2027-ci ilə kimi müqaviləsi olan və 2024/25 mövsümündə A Seriyasının ən yaxşı qapıçısı seçilən Sviları heyətində saxlamaq niyyətində olduğu bildirilir.

Qeyd edək ki, Svilar 2022-ci ildən "qurdlar"ın şərəfini qoruyur.