“Qalatasaray” “Zenit”in müdafiəçisini istəyir
28.12.2025 - 21:14
“Qalatasaray” “Zenit”in müdafiəçisini istəyir

Qalatasaray" “Zenit”in 28 yaşlı mərkəz müdafiəçisi Ninonu istəyir.

Apasport.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu braziliyalı üçün danışıqlara başlayıb.

Daha əvvəl oyunçunun "Kruzeyro", "Fluminense" və "Palmeyras"ın da maraq dairəsində olduğu bildirilirdi.

Nino 2024-cü ilin qışında "Fluminense"dən Sankt-Peterburq klubuna keçmişdi. Bu müddət ərzində müdafiəçi bütün yarışlarda 68 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə etmişdi.

Onun klubla hazırkı müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. “Qalatasaray”la yanaşı “Olimpiakos” da Nino üçün danışıqlar aparır.

2024-cü ildən “Zenit”də çıxış edən braziliyalının müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Nino “Krisiuma”, “Fluminense” komandalarında oynayıb.