"Qalatasaray"dan zirvə yolunda kritik xal itkisi - VİDEO
12.01.2024 - 10:33
!["Qalatasaray"dan zirvə yolunda kritik xal itkisi - VİDEO](https://apasport.az/storage/news/2024/january/12/big/65a0d5d74e20965a0d5d74e20a170503931965a0d5d74e20765a0d5d74e208.jpg)
Türkiyə Super Liqasının 16-cı həftəsinin təxirə salınan matçında "Sivasspor" və " Qalatasaray" üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Bu nəticə ilə "Qalatasaray" xallarını 48-ə yüksəldib.
Beləliklə, 8 həftə sonra turnir cədvəlində zirvədəki bərabərlik pozulub. "Fənərbaxça" 50 xal ilə vahid lider olub, "Qalatasaray" 48 xalla ikinci sırada qərarlaşıb.
Qeyd edək ki, "Sivasspor" xallarının sayını 25-ə çatdırıb və 10-cu pillədə qərarlaşıb.
0
0