“Qalatasaray”ın transfer planı
23.10.2023 - 21:08

Türkiyə nəhəngi “Qalatasaray” fransalı futbolçu Adrien Rabionu heyətinə qatmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” Çempionlar Liqasında qrupdan çıxmağı bacarsa, fransalı yarımmüdafiəçinin keçidi üçün “Yuventus”la danışıqlara başlayacaq.
İtaliya klubu yayda müqaviləsi başa çatan Rabionu kiçik transfer məbləğinə də satmağa razılaşa bilər. İstanbul təmsilçisi də minimum xərclə ulduza yiyələnmək istəyir.
Qeyd edək ki, 28 yaşlı mərkəz yarımmüdafiəçisi bu mövsüm çıxdığı 9 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Şahmat klubu" verilişi ən uzunömürlü idman proqramı kimi Ginnesin Rekordlar Kitabına düşüb
- AFFA “Sabah”ın futbolçusunun cəzasını açıqladı
- “Gənclər Paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirildi
- Okan Buruk liderini İspaniyada tapdı
- Belajdi Pusi: "Keçən mövsümlə müqayisədə daha yaxşıyıq" - Müsahibə
0
0