"Qalatasaray"ın ulduzu zədələnib
12.08.2024 - 22:21
!["Qalatasaray"ın ulduzu zədələnib](https://apasport.az/storage/news/2024/august/12/big/66ba52940926c66ba52940926d172348686866ba52940926a66ba52940926b.jpg)
"Qalatasaray"da vacib itki baş verib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızıların" müdafiəçisi Davinson Sançez zədələnib.
Onun təxminən 3 həftə müddətində yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, futbolçu "Hatayspor"la matçın son dəqiqələrində ciddi zədə almışdı.
0
0