Misli Premyer Liqasının XXXI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymət 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması 19 aprel tarixində, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
- "Neftçi"nin yeni baş məşqçisi: "Azarkeşləri yenidən tribunalara qaytaracağıq"
- En-Nesri üçün fantastik məbləğ - Mario Jardeli geridə qoydu
- Çin millisinə yeni baş məşqçi təyin olunub
- "Səbail"in oyunçusu 4 oyunluq cəza aldı, klub 3000 ziyana düşdü
- “Bavariya”nın prezidenti: “Biz Devisi saxlamaq istəyirik”