![Gəncə Regional Voleybol Klubunun daxili birinciliyi keçirilib](https://apasport.az/storage/news/2024/july/13/big/6692d4d3089046692d4d30890517208987716692d4d3088ff6692d4d308902.jpg)
İyulun 12-də Gəncə Olimpiya İdman Kompleksində voleybol üzrə yeniyetmə qızlar arasında Gəncə Regional Voleybol klubunun daxili birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, olimpiya sistemi ilə keçirilən yarışda, 6 şəhər və rayondan( Gəncə, Samux, Mingəçevir, Yevlax, Bərdə və Goranboy) 8 komanda iştirak edibdir. Gərgin keçən oyunlarda Mingəçevir komandası birinci, Yevlax komandası ikinci, Gəncə voleybolçuları isə üçüncü yerə layiq görülüb. İlk 3 yerə layiq görülən komandalar medal və diplomlarla təltif olunub, yarışın qalibi isə kubokla mükafatlandırılıb.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd perspektivli idmançıların seçilməsi və Gəncə RVK-nın əsas heyətinə cəlb olunmasıdır.