"Qarabağ"ın rəqibində itki
08.10.2025 - 18:18
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, İtaliya çempionunun yarımmüdafiəçisi Stanislav Lobotka zədələnib.
Slovakiya milli komandasının düşərgəsində olan futbolçu klubuna geri qayıdıb. 30 yaşlı dayaq yarımmüdafiəçisi təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması 26 noyabr tarixində İtaliyada baş tutacaq.
- Nəbi İsgəndərov dünya çempionatında mərhələ adladı
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə
- Gürcüstan millisinin AVRO-2024 üçün heyəti müəyyənləşib
- Milli komandalarımız Qazaxıstan yığması ilə üz-üzə
- "Şamaxı" ölkə çempionunun qolkiperini istəyir - Özəl
0
0