Qasperini İtaliya çempionatı tarixinə düşüb
07.01.2026 - 14:48
“Roma” İtaliya A Seriyasının XIX turunda “Leççe”ni məğlub edib – 2:0.
Apasport.az xəbər verir ki, bu nəticə paytaxt klubunun çalışdırıcısı Can Pyero Qasperininin çempionatdakı 1000-ci xalı olub.
“Opta”nın məlumatına görə, Qasperini İtaliya A Seriyasında ən çox xal toplayan üçüncü məşqçidir. Birinci sırada 1050 xalla “Milan”a rəhbərlik edən Massimiliano Alleqridir. İkinci isə “Yuventus”un çalışdırıcısı Luçano Spalettidir – 1014 xal.
Qasperini karyerası ərzində İtaliyada “Cenoa”, “Palermo”, “İnter”, “Atalanta”da da işləyib.
- DÇ-2026: Səudiyyə Ərəbistanının heyəti bəlli oldu
- Emin Mahmudov dünya çempionatında favoritini açıqladı
- Cüdoçumuz Astanada bürünc medal qazandı
- İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
- Tovuz Avropaya hazırlaşır: UEFA nümayəndəsi stadiona baxış keçirib - FOTO
0
0