Qittens təklifləri dəyərləndirməyəcək
17.06.2025 - 20:23
“Çelsi” ilə prinsipial razılığa gələn Ceymi Qittens digər klubların təkliflərini
dəyərləndirməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Borussiya” ilə razılıq əldə olunacağı halda ingiltərəli vinger “zadəganlar”la 7 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Qittens Dortmund klubunun yetirməsidir. 21 yaşlı futbolçu başa çatan mövsümdə 48 oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimizin baş məşqçisi: “Onlar bizə kömək etsə, yaxşı nəticə qazanacağıq”
- Qurban Qurbanov: “Ona inanaraq, güvənərək komandaya götürmüşəm” - MÜSAHİBƏ
- Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə
- "Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib
- Ayxan Abbasov: "Futbolun gələcəyini düşünən bizi dəstəkləyir"
0
0