2023/24 mövsümündə Avropanın ən çox qol vuran futbolçusuna təqdim ediləcək "Qızıl buts" mükafatına əsas namizədlər müəyyənləşib.
Apasport.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Harri Keyn hazırda hamıdan öncə qərarlaşıb.
18 qol vuran ingiltərəlinin hesabında 18 xal var. “Bodo Qlimt”in futbolçusu Amal Pelleqrino 34,5 xalla (23 qol) ikincidir.
“Ştutqart”ın üzvü Sehrou Quirassi üçüncü sırada yer alıb. O, 15 qolla 30 xal toplayıb.
Hərəyə 14 qol vuran Erlinq Haland (“Mançester Siti”) və Kilian Mbappe (PSJ) 28 xalla 4-5-ci yerləri bölüşürlər.
Qeyd edək ki, ötən mövsüm mükafatı Haland qazanıb. Norveçli futbolçu 36 qolla 72 xal toplayıb.
- Messi bunu bacaran ilk futbolçu olub
- Rəşad Sadıqov: “Bu söhbətlər ya qəsdən edilir, ya da cahillikdən” - MÜSAHİBƏ
- Acun Ilıcalı haqlı çıxdı: Sabiq "Hall Siti"li 30 milyona satıldı
- Maksim Medvedev: “Göstərmək istədik ki, hələ də ölkənin bir nömrəsiyik” - MÜSAHİBƏ
- "Sumqayıt" Macarıstan klubuna böyük hesabla məğlub olub